“Rusiya Dnestryanı regionda sabitliyi pozmaq istəyir".

Mia.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Moldovanın Dnestrayanı bölgəsində baş verən gərginliklə bağlı  tviterdəki son paylaşımında bildirib.

Podolyak qeyd edib ki, Moslkva Moldovaya son hadisələrlə mesaj verir: "Demək istəyirlər k, "Rusiyalı qonaqları” gözləyin.

Əgər Ukrayna sabah uduzsa, Rusiya qoşunları Moldovanın paytaxtının qapılarında olacaq. Amma Ukrayna bölgənin strateji təhlükəsizliyini mütləq təmin edəcək. Bunun üçün isə həmrəylik lazımdır”.