"Nazirlər Kabinetinin hesabatını Milli Məclis qənaətbəxş hesab etməzsə, bunun hansı hüquqi nəticələr doğuracağı bilinmir".
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, mənfi treəy verilən qurumların rəhbərləri istefa verməlidir: "Hesab edirəm ki, hesabata mənfi rəy verilən zaman Nazirlər Kabineti bütövlükdə istefa verməlidir. Bizim komitələrdə nazirliklərin fəaliyyətləri ilə bağlı nazirlərlə də dinləmələr keçirilir. Hətta əgər nazirlərin hesabatı, fəaliyyəti də dinləmə zamanı parlamenti qane etməzsə, o nazirlər istefaya göndərilməlidir. Biz bu istiqamətdə qanunvericiliyi təkmilləşdirməliyik. Bu, həm Milli Məclisin rolunun, həm də dövlət orqanlarının məsuliyyətinin artırılmasına öz təsirini göstərmiş olar”.