“Bu il Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il üçün gəlir və xərclərinin hesabatının auditi aparılacaq”.
Mia.az xəbər verrr ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, DSMF ilə yanaşı, Gənclər və İdman Nazirliyində də yoxlama aparılacaq: "Həmçinin, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarətinin təşkili vəziyyətinin araşdırılması da planlaşdırılır".