Heç özüm  də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.

Mia.az xəbər verir ki, bunu Gununsesi.info -ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Sultan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.

O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.

Bəzi iddialara görə, o, PA-nın İşlər İdarəsində işləyir.

***

“Lexus” markalı avtomobilin sürücüsünün motosikletçini döyməsi ətrafda olanların və sosial şəbəkə izləyicilərinin ciddi narazılığına səbəb olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib.

Onun sözlərinə görə, artıq yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb: “Hadisə araşdırıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, “Lexus”un sürücüsünün Dadaşov Sultan Tofiq oğlu olduğu bildirilir.