“Biz Ukraynaya sənəd təqdim etmişik və cavab gözləyirik”.

TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Ukrayna tərəfi əvvəlki razılaşmalardan yayınır. Bu, danışıqlara mənfi təsir edir. Hazırda sənəd Ukrayna tərəfindədir. İndi “top onlardadır”, cavab gözləyirik. Cavabın nə vaxt veriləcəyi Ukraynadan asılıdır”, - o bildirib/Report.

Mia.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə “Rossiya-24” telekanalına müsahibəsində deyib ki, rəsmi Kiyevə etibar etmirlər: “Onlara etimad yoxdur. Özünü Ukraynanın prezidenti adlandıran və müvafiq səlahiyyətlərə malik olan bir adamın ofisindən danışıqların aparılması tələbi irəli sürüldü, Rusiya bu xahişi rədd etmədi. Sonra həmişə olduğu kimi, hərfi mənada sirk başladı obrazlı desək, Kiyev rejimindən: əvvəlcə gəlirlər, sonra gəlmirlər, gah iştirak edirlər, gah da iştirak etmirlər. Moskvada buna hazır idilərmi? Bəli".

Mia.az