“Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar bütünlükdə regionun çiçəklənməsi üçün sülhün əldə olunmasına, iqtisadi, nəqliyyat və şəxslərarası əlaqələrin qurulmasına kömək etməyə hazırdır”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger səfirlikdə keçirilən “Açıq qapı” günündə deyib.

O bildirib ki, ABŞ regionda sülhün əldə olunmasına kömək etməyə hazırdır: "ABŞ 30 ildir Azərbaycanla qanunun aliliyi, insan haqları, iqtisadiyyat, energetika və təhlükəsizliklə bağlı məsələlərdə əməkdaşlıq edir".

ABŞ səfiri qeyd edib ki, məcburi köçkünlərin geri qayıtması üçün işğaldan azad edilmiş ərazilərdə uğurlu minatəmizləmənin həyata keçirilməsi və bərpa işlərinin görülməsi son dərəcə vacibdir: "ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə kömək etməyə tərəfdardır. Bu istiqamətdə atılan addımları dəstəkləyirik. Bu yaxınlarda Avropa İttifaqı bu istiqamətdə vacib rol oynadı və biz bunu dəstəkləyirik"

Mia.az