“Brüsseldəki son müzakirələrimizi davam etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyanla danışdım”.

Mia.az xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdəkı son paylaşımında yazıb.

O bildirib ki, Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün bütün səylərə dəstək tamdır.