Rusiya Avropa ölkələrindən Ukraynaya silah daşıyan hərbi təyyarəni vurub.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov açıqlama verib.
O bildirib ki, Rusiyanın Odessa vilayətindəki hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus hərbi nəqliyyat təyyarəsini havada vurub: "Təyyarədə Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi silahların böyük bir hissəsi olub".