Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 20100-ə yaxın hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 762 ədəd tankı, 1 982 ədəd zirehli döyüş maşını, 371 ədəd artilleriya sistemi, 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 145 ədəd helikopteri, 1 458 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 138 ədəd dronu, 26 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib".