Bu gecə vəfat etmiş maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə Bakıdakı Qurd Qapısı qəbirstanlığında dəfn edilib.
Mia.az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, o cümlədən maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavinləri Elnur Əliyev və Niyazi Səfəriv iştirak ediblər/Report.
İ.Fətizadə 1956-cı ildə anadan olub, 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) malliyyə-statistika ixtisası üzrə bitirib.
O, əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il ərzində qurumda baş iqtisadçı, şöbə rəisi, Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi, maliyyə nazirinin müavini vəzifələrində çalışıb, 1992-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədrinin I müavini olub, 1999-cu ildən isə maliyyə nazirinin I müavini vəzifəsinə təyin edilib.
O, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib. Ailəli idi. Bir övladı var.
Allah rəhmət eləsin!
***
Maliyyə naziri Samir Şərifovun I müavini İlqar Fəti-zadə 66 yaşında vəfat edib.
Mia.az xəbər verir ki, o, uzun müddət xəstə olub.
Xatırladaq ki, İlqar Fəti-zadə 1992-ci ildə Maliyyə nazirinin müavini, 1999-dan isə Maliyyə nazirinin birinci müavin iişləyirdi.
Allah rəhmət eləsin!