Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.

Məlumata görə, rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır(report).

***

20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, onlardan 9-u azyaşlıdır: "Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir".

***

Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Məlumatda o da deyilir ki, zəhərlənənlərin 14-i azyaşlıdır.

MİA.AZ