Milli Məclisin birgə komitələrinin Şuşada keçiriləcək növbəti iclasının vaxtı məlum olub.

Məlumata görə, aprelin 29-da Şuşa şəhərində parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclası baş tutacaq.

İclasda müzakirə olunacaq məsələlər isə yaxın günlərdə məlum olacaq/Report.