Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçiminə bu gün saat 11:00-dan etibarən start verilib.

Mia.az xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirlib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 25 avqust saat 11:00-da başa çatacaq.