Qeyri-Hökumət Təşkiatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq İçtimai Birliyinin  gənclər və yeniyetmələr arasında zərərli vərdişlərin profilaktikası məqsədilə “Sağlam həyat sağlam gələcəkdir” lahiyyəsinə start verilib.

Mia.az xəbər verir ki, lahiyyə 3 ay müddətində Bakı şəhərində həyata keçiriləcəkdir. Hal hazırda Laiyyə hesabat mərhələsindədir. 

"Sağlam həyat, sağlam gələcəkdir" lahiyyə çərçivəsində “Külə dönmüş arzular” tamaşası yeniyetmə və gənclərin maariflənməsi üçün  aktyorlarının iştirakı  ilə mövzu üzrə tamaşanın səhnələşdirilərək yeniyetmələr və gənclər qarşısında nümayiş etdirilmişdir.

“Külə dönmüş arzular” tamaşanın vidio çəklişi YOUTUBE.COM sosial şəbəkədə  yayımlanmış, mövzu üzrə tamaşanın vidiosunun montaj olunaraq köçürülmüş disklər   və fleyrlərin paylanmışdır. Lahiyyənin icrası üçün mövzu üzrə tamaşanın afişası,dəvətnamələr, fleyrlər, geyim və papaq , baner aktivləri də hazırlanmış və istifadə olunub.

"“Külə dönmüş arzular” tamaşasını YOUTUBE.COM sosial şəbəkdə içtimayyətin izləməsini və rəy bildirməsini xahiş edirik.  Düşünürəm ki, “Sağlam həyat sağlam gələcəkdir” lahiyyəsi ilə zərərli vərdişlərin cəmiyyətimizin və dövlətimizin inkişafına , ailə planlaşdırmasına, sağlamlığa,sosial yüksəlişə   mane olmasını minlərlə yeniyetmə və gənclərimizə aşılaya bilmişik" - deyə Valideyn Himayəsindən Məhrum Olunmuş Uşaqlara Dayaq İçtimai Birliyinin sədri Mehriban Hüseynova bildirib.