Rusiya Hava Kosmik Qüvvələrinin (HKQ) operativ-taktiki aviasiyası son sutka ərzində Ukraynanın 48 hərbi obyektini vurub.
Mia.az xəbər verir ki,, bunu Rusiya Müdafə Nazirliyinin rəsmisi, general İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə deyib.
O bildirib ki. yüksək dəqiqlikli raketlərlə Velikaya Mixaylovla və Boqatır yaşayış məntəqələrində Ukrayna qoşunlarının iki raket-artilleriya silahları anbarı, Dnepr aerodromunda Ukraynaya məxsus MiQ-29 döyüş təyyarəsi, Mi-8 helikopteri və Bayraktar TB-2 pilotsuz uçuş aparatı məhv edilib: "“Raket qoşunları və artilleriyamız 770 obyekti, o cümlədən 9 komanda məntəqəsi, 101 dayaq məntəqəsi, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və atəş vasitələrinin toplandığı 548 ərazi, 110 artilleriya atəşi mövqeyi, S-300 zenit-raket kompleksi və sursat anbarını vurub. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 131 təyyarə, 104 helikopter, 245 zenit-raket kompleksi, 448 pilotsuz uçuş aparatı, 2179 tank və digər zirehli döyüş texnikası, 248 reaktiv yaylım atəşi sistemi, 944 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 2088 ədəd xüsusi təyinatlı hərbi texnikası məhv edilib".
Bundan əlavə, generalın sözlərinə görə, Mariupol şəhərinə nəzarəti ələ keçirmək uğurunda əməliyyatı zamanı 14-ü zabit olmaqla daha 134 ukraynalı hərbçi könüllü olaraq silahı yerə qoyaraq təslim olub: “Gün ərzində 36-cı dəniz piyada briqadasının 1160 ukraynalı hərbçisi könüllü olaraq təslim olub. Onların arasında 176 zabit var”.