Türkiyənin Balıkəsir şəhərinin əhalisi son 12 gündə zəlzələ qorxusu altında yaşayır. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, avqustun 24-də Bakı vaxtilə saat 22.58-dən saat 23.14-dək Balıkəsirin Sındırgı rayonunda ard-arda 4,8, 4,2 və 4,3 bal gücündə zəlzələlər baş verib.

AFAD-nın məlumatına görə, yeralt təkanlarda ölüm və yaralananlar olmayıb.

Xatırladaq ki, avqustun 13-də bu rayonda baş verən zələzlə zamanı 1 nəfər ölüb, 29 nəfər xəsarət almışdı.

Firudin Səfərli
MİA.AZ