“Putinlə Zelenski görüşə bilər”.
Mia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O, etiraf edib ki, döyüş uzandığına görə, sülhün yolu çətinləşib: "Xüsusiylə Buşa və İrpendə baş verənlər danışıqlara ciddi təsir elədi. Amma hesab edirəm ki, Putinlə zelenski bir araya gələ, problemin həllinə nail oa bilərlər. Bu problemin həlli hər iki liderin, xüsusilə Putinin “hə” deməsindən asılıdır. Əslində, o, “yox” deməyib. Doğrudur, son günlər baş verənlər gərginliyi bir az da artırıb".