Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.

Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 19900-ə yaxın  hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 753 ədəd tankı, 1 968 ədəd zirehli döyüş maşını, 366 ədəd artilleriya sistemi, 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 64 hava hücumundan müdafiə sistemi, 160 ədəd hərbi təyyarəsi, 144 ədəd helikopteri, 1 437 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 134 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib".