Azərbaycan Mərkəzi Bankının yeni sədri,  38 yaşlı Taleh Kazımovla bağlı maraqlı məlumat yayılıb.

Mia.az xəbər verir ki, bu barədə Qarabağ döyüşçüsü Vaqif Əlisoy maraqlı məlumnat paylaşıb.

O bildirib ki, Taleh Kazımov əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir.

O, tanınmış yazıçı və uzun illər polis zabiti kimi daxili işlər orqanlarında xidmət etmiş Tahir Kazımovun oğludur. Tahir Kazımov xidmətdə olduğu 1967-1997-ci illərdə bir sıra rayonların polis idarələrinin rəisi, eləcə də Bakı Metropolitenində Polis Şöbəsinin rəisi vəzifələrində çalışıb, polkovnik rütbəsinədək yüksəlib.

Yazıçı kimi də tanınan Tahir Kazımov 1998-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik  Agentliyində direktor müavini, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri işləyib. Taleh Kazımovun əmisi Qəzənfər Kazımov isə Azərbaycanın tanınmış dilçi professorudur. Həmçinin əmisi oğlu İsmayıl Kazımov da ölkəmizin dilçi alimlərindəndir.

Yayılan digər məlumata görə isə, Taleh Kazımovun qardaşı Şirin Kazımov ABŞ-da yaşayır.

O, ABŞ-ın Luiziana ştatındakı Tuleyn Universitetində magistratura təhsili alıb. 2006-cı ildə diplomunu şəxsən ABŞ-ın sabiq prezidentləri Corc Buş (ata) və Bill Klintonun əlindən alıb.

Hazırda “Austen Riggs” adlı klinik tədqiqat mərkəzində çalışır, eyni zamanda,  ABŞ-ın nüfuzlu dini məktəblərindən olan “Wheaton College”nin psixoloqlarından biridir.

Mia.az