Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.
Mia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
“Bu gün Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İsrailin hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İsrail arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik"