Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Brüsseldə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə görüşüb.
Bu barədə nazir tviter hesabında yazıb.
Görüşdə Gürcüstanın Aİ-yə inteqrasiyası və bu yolda əldə olunan nailiyyətlər müzakirə olunub.
“Bu kontekstdə Avropa İttifaqının dəstəyinə ümid edirəm. Görüşdə bölgədə təhlükəsizlik mühiti və Aİ-nin regional sabitlikdəki roluna diqqət yetirilib”, - İ.Darçiaşvili yazıb/Report.
Qeyd edək ki, Gürcüstanın XİN başçısı Brüsseldə səfərdədir. O, ikigünlük səfər çərçivəsində Aİ, NATO rəsmiləri və həmkarları ilə görüşlər keçirəcək.