“Rusiya Ukrayna ilə danışıqlaraı əlverişli şərait yaratmaq üçün xoşməramlı addım atıb".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya hərbçilərinin Ukraynanın bəzi ərazilərindən geri çəkilməsi böyük jestdir: “Hesab edirik ki, Ukrayna ilə danışıqlarda əlverişli qərarlar qəbul edilə bilər. Ona görə də Prezident Vladimir Putin Ukraynanın şimalından hərbçilərin çıxarılmasına əmr verdi. Əslində Rusiyanın məqsədi Ukraynanı işğal etmək deyil. Rusiya Ukrayna Prezidenti Vladimir Zelenskinin danışıqlarda irəli sürülən şərtlərlə razılaşmasında maraqlıdır. Moskva danışıqlar yolu ilə hərbi əməliyyatı dayandırmaq istəyir. Biz Zelenskinin Rusiya nümayəndə heyətinin ona dəqiq şəkildə məlumat verdiyi şərtlərimizlə razılaşmasında maraqlıyıq. Danışıqlar yolu ilə biz hərbi əməliyyatı dayandırmaq istəyirik”.

Peskov Zelenskiyə sui-qəsd cəhdlərində Rusiyanın əli olmadığını da deyib: “Rusiya hakimiyyətinin Ukrayna Prezidenti Volodimir Zelenskini qətlə yetirmək istəməsi barədə məlumatlar həqiqət deyil”.

Mia.az