“Rusiya qoşunlarının Ukraynanı tərk etməsindən və sülh müqaviləsi üzrə referendumun mənfi nəticə ilə keçirilməsindən sonra Kiyevlə danışıqlar yenidən başlamalı olacaq və Moskva belə siçan-pişik oynamaq istəmir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, Moskva Ukrayna tərəfinin sülh müqaviləsi bağlanacağı təqdirdə bir neçə gün ərzində bütün hərbi əməliyyatların dayandırılmasını və Rusiya hərbçilərinin Ukraynanı tərk etməsini tələb etməsindən narahatdır: “Bundan sonra parlamentdə referendum, ratifikasiya olacaq. Və çox böyük ehtimal var ki, bu ratifikasiya və referendum mənfi nəticə verdikdə, danışıqlar prosesi yenidən başlamalı olacaq. Biz belə pişik-siçan oynamaq istəmirik”.