Ukrayna xarici işlər naziri Dmitro Kuleba savaşın hələ bir neçə ay davam edəcəyini deyib.
Mia.az xəbər verir ki, o, buna görə Qərbdən əlavə və güclü dəstək istəyib: “Rusiyadan neft, qaz, kömür almağı dayandırın. Putinin “döyüş maşını"nı maliyyələşdirməyi dayandırın. Müharibə bir neçə aya bitəcək, Rusiyanın iqtisadiyyatı zəifləyəcək. Bir neçə ay səbr etməklə minlərlə insanın həyatını xilas edə bilərsiniz”.