“Ukraynadakı savaşın məsuliyyəti Rusiya prezidentinin üzərindədir. O, bütün ölümlərə cavabdehdir”.
Mia.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirb ki, NATO Ukraynanın daha böyük fəlakətlərdən qorumaq, onun müdafiəsini təşkil etmək üçün dəstək veri: "İkinci Dünya müharibəsindən bəri Avropada belə hal olmamışdı. Rusiyanın hərəkətləri hər birimiz üçün təhlükədir. Rusiya insanların yaşamaq hüquqlarına hörmət etmir. Biz Ukraynanı illərdir dəstəkləyirik. Biz on minlərlə ukraynalı əsgərə təlim keçmişik. 2014-cü ilə nisbətən indi Ukrayna Ordusu daha güclüdür. Biz Putinə təzyiqləri artırmağa çalışırıq. Ukraynaya daha çox dəstək verəcəyik. Digər tərəfdən isə biz müharibənin Ukrayna sərhədlərindən kənara çıxmamasını istəyirik. Çünki bu, NATO ilə Rusiya arasında savaşa səbəb olacaq və daha çox itki ilə nəticələnəcək”.