"Rusiya Buçada hərbi cinayət törədib"
Mia.az TRT-yə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Cozef Bayden deyib.
O bildirib ki, Ukraynanın Buça şəhərində baş verən qətliam dərindən araşdırılmalıdır: "Burada müharibə cinayəti baş verib. Rusiya buna görə cavab verəcək. Ancaq bu qətliamı soyqırım adlandırmaq üçün mütləq araşdırma aparılmalıdır. Bu istiqamətdə də işlər görüləcək".
Bayden bir daha Ukraynaya dəstək verəcəklərini ifadə edib.
Pentaqon isə Kiyev ətraflndan geri çəkilən Rusiya ordusunun Ukraynanın cənub və şərqində əməliyyatı böyüdəcəyini bəyan edib: "Rus ordusu bu istiqamətdə əməliyyatı böyüdə bilər. Hətta bəzi əraziləri də ələ keçirə bilər. Ancaq ələ keçirdiyi əraziləri əlində saxlaya bilməyəcək. Biz bunun üçün Ukrayna ordusunu silahlandıracağıq".
Mia.az