“Qazaxıstanda MDB Parlament Assambleyasının 30 illiyinə həsr olunan tədbirdə ermənilər elə edirdilər ki, guya onlar bizə sülh təklif edirlər. Onlara cavab verməmək isə mümkün deyildi. Ona görə də tez-tez vaxt götürərək cavab verirdim”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib: “Ona görə də mən dedim ki, sülh təklifini biz verirmişik. Həmişə olduğu kimi bu dəfə də yalnış informasiya vermək istəyirdilər. Amma alınmadı”