Polşa, Latviya, Litva və Estoniya quru sərhədlərini Rusiya və Belarusa bağlayır.
UNIAN xəbər verir ki, bu barədə Ukrayna infrastruktur nazirinin müavini Mustafa Naim bildirib.
Məlumata görə, Polşa, Latviya, Litva və Estoniya yaxın 48-72 saat ərzində Rusiya və Belarusa məxsus yük maşınları üçün quru yolları tamamilə bağlayacaq, bununla da Rusiyanın tam təcridi həyata keçəcək.
“Ötən həftə biz rəsmi şəkildə Rusiya və Belarusun istənilən avtomobil yollarının bağlanması ilə bağlı müraciət etmişdik. Müraciətimizə dərhal reaksiya verilib. Yekun nəticəni gözləyirik”, - nazir müavinin qeyd edib/Report.
Mia.az xəbər verir ki, bununla kifayətlənməyən Litva hökuməti Rusiyadakı səfiri geri çağırıb.
Bildirilib ki, hökumət eyni zamanda ölkədəki Rusiya səfirinə diplomatik nümayəndəliyi bağlamağı tapşırıb. Eyni zamanda Rusiyanın Litvanın Klayped şəhərindəki konsulluğu da bağlanacaq.
Qeyd edək ki, Ukraynadakı müharibədən sonra Avropa İttifaqı hava məkanını Rusiya təyyarələri üçün bağlayıb. Bununla belə, Rusiya daşınmalar quru yolu ilə gerçəkləşdirilir.
Bu arada rəsmi Moskvadan Polşaya xəbərdarlıq olunub.
Putinin sözçüsü Dmitri Peskov Polşanın addımlarının qəbuledilməz olduğunu deyib: “Polşa rəhbərliyinin anti-Rusiya xətti bizi narahat edir. Bu, son dərəcə aqressiv xətdir”.
Mia.az