"Dünən Ukraynanın Nikolayev şəhəri ətrafında yerləşən Balovnoye aerodromuna zərbələr endiriilib, nəticədə Ukrayna silahlı qüvvələrinin üç helikopteri məhv edilib".
Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat rəsmisi general İqor Konaşenkov günlük ənənəvi brifinqində məlumat verib.
Onun sözlərinə görə, gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 14 hərbi obyektini vurub: "Məhv edilən hərbi obyektlər arasında iki komanda məntəqəsi, Krasnoqorsk və Verxnetoretskoye vilayətlərində Buk-M1 zenit-raket komplekslərinin iki buraxılış qurğusu, bir artilleriya batareyası, iki raket və artilleriya silah və sursat anbarı, üç yanacaq anbarı, həmçinin altı dayan məntəqəsi və Ukrayna qoşunlarının hərbi texnikasının cəmləşdiyi ərazilər var”.
General bildirib ki, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukraynanın 125 təyyarə, 91 helikopter, 392 pilotsuz uçuş aparatı, 226 zenit-raket kompleksi, 1936 tank və digər zirehli döyüş texnikası, 211 reaktiv yaylım atəşi sistemi, 833 səhra artilleriya və minaatan, o cümlədən 1810 ədəd xüsusi təyinatlı hərbi maşını məhv edilib.