Bu gün Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.
Mia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib:
“Bu gün Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Rusiyanın hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Rusiya arasında strateji münasibətlərin daha da inkişafını səbirsizliklə gözləyirik”.