Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 18300 hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 647 ədəd tankı, 1 844 ədəd zirehli döyüş maşını, 330 ədəd artilleriya sistemi, 107 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 147 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1 273 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 92 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib".