“Rusiya prezidenti Vladimir Putin heç vaxt Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən imtina etməyib, ancaq konkret yazılı sənəd hazırlandıqdan sonra növbə ona çatacaq”.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin heç vaxt belə görüşdən imtina etməyib:

"Belə bir görüş, bəli, hipotetik olaraq mümkündür, lakin bunun baş tutması üçün iki nümayəndə heyətinin işinin dərinliklərində konkret sənədin yetişməsi lazımdır. İdeyalar toplusu deyil, konkret yazılı sənəd. Sonra belə bir görüşün növbəsi gələcək”.

Bununla belə, Peskov Ukraynadakı hərbi əməliyyatın məqsdəinə çatacağını xüsusi vurğulayıb: "Biz plana uyğun hərəkət edirik. Əminəm ki, hərbi əməliyyatımızın məqsədləri tam şəkildə həyata keçiriləcək. Ümid edirəm ki, Rusiya-Ukrayna danışıqları baxımından aparılan gərgin səylər nəticəsində biz də müəyyən sənədin imzalanmasına gələcəyik və bu, vəziyyətin normallaşması istiqamətində mühüm addım olacaq”.