Qazaxıstanın xüsusi xidmət orqanları ölkə Prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıblar.
Mia.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, martın 25-də Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyatı Qazaxıstan Prezidentinə və bir sıra şəxslərə qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentiniı saxlayıb.
Qeyd olunur ki, saxlanılan şəxs həmçinin digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.