Rusiya ordusu Ukraynanın şərqindəki Xarkov vilayətinin Balakliya şəhərində regional xəstəxanaya hücum edib.

"Haber Global" xəbər verir ki, hücumdan sonra 70 xəstə və tibbi heyət təxliyə edilib.

Xarkov qubernatoru Oleq Sinegubov bildirib ki, regional xəstəxanaya hücum nəticəsində xəstəxananın bir hissəsi zədələnib: "Biz insanları xilas etmək üçün hər şeyi edirik. Bu, Xarkov əhalisinə qarşı hərbi cinayətdir. Balakliya Xarkov vilayətinin işğal olunmuş şəhəridir. Ukrayna Silahlı Qüvvələrini ittiham etmək üçün mülki şəxslərə qarşı qəsdən hücumlar həyata keçirilir”.