Kiyev vilayətinin ərazisi tamamilə Rusiya hərbçilərindən tam azad olunub.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyara açıqlama verib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib: "Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar".