"Ukraynanı qarşıda daha çətin döyüşlər gözləyir".

Mia.az xəbər verir ki,  bu sözləri Ukrayna prezident Vladimir Zelenski növbəti videomüraciətində deyib.

O bildirib ki, Ukrayna daha aktiv və güclü müdafiəyə hazırlaşır: "Qarşıda bizi daha çətin döyüşlər gözləyir. Hamımız qələbə istəyirik, lakin bu baş verəndə hər birimiz görəcəyik, hamı hiss edəcək ki, sülh gəlir. Biz ehtiyatla hərəkət edir, irəliləyirik. İşğaldan azad olunan ərazilərə qayıdan hər kəs də çox diqqətli olmalıdır. Hələ əvvəlki kimi, normal həyata qayıtmaq mümkün deyil. Hətta döyüşlərdən sonra qayıtdığımız o ərazilərdə də. Biz hələ də davam edirik, gözləmək lazımdır. Gözləyin, nə vaxt ki, torpaqlarımız minalardan təmizlənəcək. Biz sizi əmin edə biləcəyimizə qədər gözləyin.

Hazırda Ukraynanın şərqində vəziyyət çox ağırdır. Rusiya hərbçiləri Donbas, Xarkov istiqamətində qovulur. Onlar yeni güclü zərbələrə hazırlaşırlar. Biz daha güclü müdafiəyə hazırlaşırıq".