Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlanıb.
Mia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, indiyədək Rusiyanın 17700 hərbçisi öldürülüb: "Bununla yanaşı, Rusiyanın 612 ədəd tankı, 1 751 ədəd zirehli döyüş maşını, 316 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 143 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1220 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 86 ədəd dronu, 24 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib".