Bu gün Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi başlayıb.
Mia.az NTV-yə istinadla xəbər verir ki, görüş videokonfrans formatında baş tutub.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, danışıqlar onlayn formatda işçi qruplarının qoşulması ilə davam edir.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov hindistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında maraqlı açıqlama verib.
O bildirib ki, Kiyev Krım və Donbas bölgəsi ilə bağlı realıqlar anlayır: "Lakin hələlik yekun plan və razılaşma yoxdur, danışıqlar davam etdirilməlidir, Moskva Kiyevin təkliflərinə öz reaksiyasını hazırlayır. Danışıqlar davam etməlidir. Ukrayna tərəfinin ilk dəfə olaraq əldə edilməli olan razılaşmalarla bağlı öz baxışını kağıza köçürdüyü danışıqların son raundunu İstanbuldakı müzakirəçilərimizin necə şərh verdiyini eşitdiniz. Bu razılaşmalar ümumiyyətlə əvvəldən formalaşdırılmalı idi. Biz bu təkliflərə cavab hazırlayırıq. Hər şeydən əvvəl Ukraynanın blok ölkə olmasının, Ukraynanın Şimali Atlantika Alyansında xoşbəxtlik axtarmasının mümkünsüzlüyünün qəbul olunması baxımından danışıqlarda irəliləyiş var"