"Rusiyanın Ukraynada kimyəvi silahdan istifadəsi qəbuledilməzdir"
Mia.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, Rusiya hazırda güc toplayır: "İndi Rusiya hərbi qüvvələrini yenidən qruplaşdırır. Ukraynada daha çox itkilərə səbəb olacaq yeni hücumlar gözlənilir. Rusiya Donbasa hücuma hazırlaşır. Kreml bu mənasız müharibəni bitirməlidir".