Ukrayna Silahlı Qüvvələri Xerson regionunun Orlovo, Zagradovka və Koçubeyevka kəndlərini işğaldan azad edib.
Bu barədə Dnipropetrovsk regional şurasının rəhbəri Nikolay Lukaşuk Telegram kanalında bildirib.
O, yaşayış məntəqələrinin Krivoy Roq şəhərindən 50 kilometr məsafədə yerləşdiyini qeyd edib.
Lukaşuk əlavə edib ki, regionun inzibati sərhədləri Ukrayna Silahlı qüvvələrinin, Milli Qvardiyanın və müdafiə dəstələrinin nəzarətindədir.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Zaporejye vilayətində daha 5 yaşayış məntəqəsini işğaldan azad edib.
Ukrayna Silahlı Qüvvələrinın yaydığı məlumata görə, Zaporejyedəki Zatışye, Malinovka, Zeleni Qay, Çervonoe və Vesele kəndləri geri alınıb.
Mia.az