“Polşanın ATƏT-də sədrliyi mörəkkəb bir vaxta təsadüf edir. Bu gün biz ATƏT-də, Ukrayna və Ukrayna ətrafında olan məsələləri müzakirə etdik”.
Mia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raun ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, Polşa nümayəndə heyəti ATƏT-in fəaliyyətdə olan sədri qismində Azərbaycana səfər edir: "Azərbaycan Polşa ilə münasibətlərin inkişaf etməsinə diqqət yetirir. Bu il münasibətlərimiz konteksində xüsusi bir ildir. Bu ilin ikinci yarısında Polşa-Azərbaycan Hökumətlərarası komissiyasının iclası keçiriləcək“.
Nazir onu da bildirib ki, bu ilin mayından Varşava-Bakı aviareysləri təşkil ediləcək: “Azərbaycanla Avropa İttifaqı arasında qarşılqılı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişi də işlənib hazırlanır və yaxın zamanlarda tamamlanması gözlənilir", - o vurğulayıb.