Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası üzrə Baş nazirin müavini Olqa Stefanşinanın həyat yoldaşı ölkənin Çerniqov vilayətində Rusiya Silahlı Qüvvələrinin atəşinə məruz qalaraq həlak olub.
Mia.az Report-a istinadıa xəbər verir ki, siyasətçi öz feysbuk səhifəsində yazıb: “Mənim sevimli ərim Boqdan martın 30-da Çerniqov ətrafında Rusiya mərmisindən həlak olub. O, insanları xilas etməyə çalışırdı”.