Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

Mia.az xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq!

Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin".