“Biz İsraildə günahsız insanların həyatına son qoyan terror hücumlarını qətiyyətlə pisləyirik”.

Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Xarici İşlər Nazirliyinin tviterdəki səhifəsində paylaşılıb.

Paylaşımda daha sonra deyilir: "Azərbaycan daha əvvəl terrorizmdən əziyyət çəkib və onun bütün forma və təzahürlərini pisləyir. Dəhşətli hücumların qurbanlarının ailələrinə, İsrail hökumətinə və xalqına başsağlığı veririk”.