Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyanı saxlanılıb.

Ermənistan mətbuatına istinadən xəbər verir ki, məlumatı Korrupsiyaya Qarşı Mübarizə Komitəsi  təsdiqləyib.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi dünən fövqəladə hallar nazirini dindirməyə çağırıb. Dindirmələrin cinayət işi çərçivəsində həyata keçirildiyi bildirilirdi.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşını Korrupsiyaya Qarşı Mübarizə Komitəsində sorğu-sual etdikdən sonra Andranik Piloyanı 14 günlük məzuniyyətə göndərib.

“ArmLur.am” portalı isə nazirə qarşı ittihamların irəli sürüləcəyi anonsunu verib/Report.

Xatırladaq ki, nazir həm də Ermənistanın "Milli Qəhrəmanı”dır.

Mia.az