Xocalı rayonunun Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb.

Mia.az xəbər verir ki, qalıqların Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aid olduğu bildiriilir.

Belə ki, ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.

Qeyd edək ki, ötən gün də Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.

Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.

***

Xocalı rayonunun Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.

Mia.az xəbər verir ki, qalıqlar Azərbaycanın birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.

Qeyd edək ki, insan qalıqlarını Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən aşkarlayıblar.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.