"Rusiya öz qüvvələrini Kiyevin kənarından çıxarmağa başlayıb".
Bu barədə CNN telekanalı bildirib.
Telekanalın məlumatına görə, Rusiya qüvvələri Kiyev kənarından geri çəkilməyə başlayıb, diqqətini Ukraynanın cənubu və şərqində əldə edilmiş mövqelərə cəmləşdirir.
Bununla yanaşı, hərbi əməliyyatların havadan davam etdiriləcəyi bildirilir/Report.
Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyi İstanbulda Ukrayna nümayəndələri ilə keçirilən görüş barədə operativ açıqlama verib.
Mia.az NTV-yə istinadla xəbər verir ki, bu barədə açıqlama verən Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin sözlərinə görə, dialoqun sürdüyü müddətdə Kiyev və Çerniqov istiqamətlərində əməliyyat dondurulacaq: "Bu gündən bu iki istiqamatlərdə əməliyyatlar dayandırılır".
Qeyd edək ki, martın 29-da İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların birinci raundu keçirilib. Ukrayna yeni təhlükəsizlik zəmanətləri sistemi haqqında beynəlxalq müqavilə imzalamağı təklif edir.