Rusiya Müdafiə Nazirliyi İstanbulda Ukrayna nümayəndələri ilə keçirilən görüş barədə operativ açıqlama verib.
Mia.az NTV-yə istinadla xəbər verir ki, bu barədə açıqlama verən Rusiya müdafiə nazirinin müavini Aleksandr Fominin sözlərinə görə, dialoqun sürdüyü müddətdə Kiyev və Çerniqov istiqamətlərində əməliyyat dondurulacaq: "Bu gündən bu iki istiqamatlərdə əməliyyatlar dayandırılır".