"Əgər Qərb Ukraynaya qırıcı və ya hava müdafiə sistemi verərsə, bunu cavabsız buraxmayacağıq".
Mia.az NTV-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.
O bildiirb ki, Rusiya artıq Ukraynanın hərbi gücünü demək olar ki, böyük ölçüdə məhv edib: "Biz artıq ilk hədəfə nail olmuşuq. Uklraynanın hərbi gücü demək olar ki, böyük ölçüdə məhv edilib, donanması isə tamam sıradan çıxarılıb".
Nazir bildirib ki, bundan sonra Rusiya qüvvələri Donbas bölgəsində möhkəmlənməyi təmin edəcək: "Bu bölgənin təminatlı və rahat vəziyyətə gəlməsinə diqqəti artıracağıq".