Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfər edib.

Mia.az TRT-yə istinadla xəbər verir ki, Türkiyə lideri Özbəkistanın paytaxtı Daşkənddə həmkarı Şavkat Mirziyoyevlə görüşəcək.

Ərdoğan və Mirziyoyevin sədrliyi ilə Daşkənddə müvafiq nazirliklərin iştirakı ilə keçiriləcək Şura toplantısında Türkiyə ilə Özbəkistan arasındakı strateji tərəfdaşlıq səviyyəsi nəzərdən keçiriləcək və atılacaq addımlar müzakirə olunacaq.